3 boksçumuz Bakıda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb - FOTO

Xəbərlər
25 Mart 2024 10:04
108
3 boksçumuz Bakıda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb - FOTO

Bakıda kişi və qadın boksçular arasında "Böyük İpək Yolu" beynəlxalq turnirinə start verilib.

İdman.biz xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.

57 kq-da Şamil Əsgərov rusiyalı Dmitri Şipovskini 3:2 (28:29, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşəcək.

Ruslan Rüstəmov (63,5 kq) da yarışa qələbə ilə başlayıb. O, qazaxıtanlı Serik Temirjanova qalib gəlib – 3:2 (26:29, 28:27, 28:27, 28:27, 26:29). Boksçumuzun 1/4 finalda rəqibi İlya Popov (Rusiya) olacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev də mərhələ adlayıb. +92 kq-da mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda komanda yoldaşı Yohannes Nuriyevə tam üstünlüklə qalib gəlib və ən azı bürünc medalı təmin edib. Abdullayev yarımfinalda özbəkistanlı Cahongir Zokirovla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.

İdman.biz

Məqalədə: