Çinin Quyyan şəhərində boks üzrə Dünya kuboku davam edir.
İdman.Biz bildirir ki, reytinq xarakterli yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.
55 kq-da Amin Məmmədzadə Paak Yinq Honu (Honkonq) sınağa çəkib. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:24, 30:25, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samandar Olimovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 17-də olacaq.
Səidcəmşid Cəfərov (75 kq) da Dünya kubokuna qələbə ilə başlayıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.
Komanda yoldaşlarının uğurunu Alfonso Dominqes (90 kq) də davam etdirib. Dünya çempionumuz 1/4 finalda Kevin Lebovskini (Almaniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən Dominqes bu mərhələdə İsaak Oko (İngiltərə) ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, Dünya kubokuna iyunun 21-də yekun vurulacaq.
