Boks millimiz bu ilin ilk təlim-məşq toplantısına başlayıb

20 Fevral 2026 17:21
88
Boks millimiz bu ilin ilk təlim-məşq toplantısına başlayıb

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər.

İdman.Biz xəbər verir ki, hər iki komanda hazırlığı Bakıda keçir.

Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.

Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. Toplanış martın 1-də yekunlaşacaq.

İdman.Biz
Məqalədə: