Ölümdən dönən Entoni Coşua faciəli qəzadan sonra ilk paylaşımını edin - FOTO

Xəbərlər
4 Yanvar 2026 17:45
59
Ölümdən dönən Entoni Coşua faciəli qəzadan sonra ilk paylaşımını edin - FOTO

İngiltərənin ikiqat ağır çəkidə dünya çempionu Entoni Coşua onun iştirakı ilə baş verən ölümlə nəticələnən yol qəzasından sonra ilk sosial şəbəkə paylaşımını edib.

İdman.Biz xəbər verir ki, britaniyalı boksçu paylaşımında yalnız qısa bir ifadə yazıb və foto yerləşdirib: “Qardaşlarımın keşikçisi”.

Xatırladaq ki, faciə dekabrın 29-da Nigeriyada Laqos - İbadan magistral yolunda baş verib. Coşuanın olduğu “Lexus” markalı avtomobil yolun üzərində dayanmış yük maşınına çırpılıb. Qəza nəticəsində boksçunun iki məşqçisi - Sin Qami və Kevin Ayodeli həyatını itirib. Entoni Coşua isə ağır xəsarət almayıb və bir neçə gün sonra Böyük Britaniyaya qayıdıb.

Coşua son döyüşünü dekabrın 20-də ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirib. O, WBA reytinqində 14-cü pillədə qərarlaşan britaniyalı Ceyk Pol ilə qarşılaşıb və altıncı raundda nokautla qalib gəlib.

İdman.Biz
Məqalədə: