Dünya çempionu olan boksçu tituldan məhrum edildi

11 Mart 2026 12:12
114
Dünya çempionu olan boksçu tituldan məhrum edildi

Qazaxıstanlı boksçu Janibek Alimxanulu IBF versiyası üzrə orta çəkidə çempion kəmərindən məhrum edilib.

İdman.Biz xəbər verir ki, bu barədə “The Ring” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, belə qərarın verilməsinin səbəblərindən biri boksçunun dopinq testindən keçə bilməməsidir.

Bundan əvvəl məlum olub ki, Alimxanulu meldoniumdan istifadə etdiyi üçün Qazaxıstan Peşəkar Boks Federasiyası tərəfindən altı ay müddətinə diskvalifikasiya edilib.

İndi boksçu bir il müddətinə yarışlardan kənarlaşdırılıb və ən azı 2026-cı ilin dekabrına qədər diskvalifikasiya qüvvədə qalacaq. Məlumat üçün əlavə edək ki, Janibek Alimxanulı orta çəki dərəcəsində IBF və WBO versiyaları üzrə hələlik qüvvədə olan dünya çempionudur.

İdman.Biz