Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb

9 Mart 2026 14:44
128
Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.

İdman.Biz xəbər verir ki, yığma hazırlığa Şamaxıda başlayıb.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.

İdman.Biz