Coşuanın iştirakı ilə baş verən ölümcül avtoqəzada onun məşqçilərindən ikisi həlak olub - YENİLƏNİB

29 Dekabr 2025 23:50
198
Coşuanın iştirakı ilə baş verən ölümcül avtoqəzada onun məşqçilərindən ikisi həlak olub

Nigeriyada keçmiş dünya boks çempionu Entoni Coşuanın xəsarət alması ilə nəticələnən avtomobil qəzasında ölən şəxslərin kimliyi açıqlanıb.

İdman.Biz xəbər verir ki, Sports Illustrated-in məlumatına görə, qəza zamanı ilk ölən şəxs Coşuanın güc və hazırlıq üzrə məşqçisi Sina Qami olub. İkinci ölən şəxs isə britaniyalı boksçunun şəxsi məşqçisi Robert Latzdır.

Daha əvvəl Laqos-İbadan magistral yolunda Coşuanın da içində olduğu "Lexus" yolsuzluq avtomobilinin hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpıldığı, nəticədə iki nəfərin öldüyü bildirilirdi. Coşuanın özü yüngül xəsarətlərlə xilas olub.

Son döyüşündə Coşua bloggerdən peşəkar boksçuya çevrilən Ceyk Polu nokauta salıb.

18:20

Məşhur britaniyalı boksçu Entoni Coşua Nigeriyada iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında yüngül xəsarətlər alıb.

İdman.Biz bildirir ki, hadisə Laqos-İbadan magistral yolunda baş verib. Onun içərisində olduğu “Lexus” avtomobili hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb.

Yerli medianın məlumatına görə, Coşua avtomobilin arxa oturacağında olub. Qəza yerindən çəkilmiş videolar internetdə yayılıb və idmançının yıxılmış avtomobildən çıxarılmasına kömək edilərkən çaşqın və ağrılı göründüyü görünür. Boksçunun özünün də yüngül xəsarətlər aldığı bildirilir.

İdman.Biz