Azərbaycanın iki boksçusu martın 15-də Budva şəhərində start götürəcək Monteneqro Kubokunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, yeddi gün davam edəcək turnirdə yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar.
Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.
Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.
