Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatında uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, boksçularımız mundialda bir qızıl və iki bürünc medal qazanıblar.
