Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında çıxış edəcək

13 Fevral 2026 17:08
94
Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında çıxış edəcək

Çimərlik futbolu üzrə Avropa çempionatının B Divizionu Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.

İdman.Biz AFFA-nın saytına istinadla xəbər verir ki, iyulun 15-dən 19-dək keçiriləcək turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.

Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.

İdman.Biz
Məqalədə: