Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, komandamız qrup mərhələsinin sonuncu görüşündə Kosovo ilə üz-üzə gəlib.
Basketbolçularımız rəqibi 62:54 hesabı ilə məğlub edib.
Bununla da komandamız C qrupunu 3-cü yerdə başa vurub. Daha öncə Bosniya və Herseqovina (83:81) ilə İslandiyaya (86:79) qalib gəlib, Ukrayna (65:78) və Litvaya (31:82) uduzan yığmamız 9-16-cı yerlər uğrunda oynayacaq.