“Barselona” yeni baş məşqçisini açıqlayıb

Xəbərlər
14 İyun 2024 23:29
146
“Barselona” yeni baş məşqçisini açıqlayıb

“Barselona” basketbol klubunun baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, komandaya Joan Penyarroya rəhbərlik edəcək.

55 yaşlı mütəxəssus ötən mövsümdə “Baskoniya”nın baş məşqçisi olub. Onun rəhbərliyi ilə komanda Avroliqada 22 qələbə qazanıb, 12 oyunda uduzub. Baskoniyalılar pley-offun ilk mərhələsində “Olimpiakos”a 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Kataloniya klubu Dimitris İtudis və Xavyer Paskual kimi tanınmış mütəxəssislərlə danışıqlar aparsa da, tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyiblər.

İdman.biz