Azərbaycan çempionatında rekord təkrarlanıb

Xəbərlər
12 Aprel 2024 11:52
149
Azərbaycan çempionatında rekord təkrarlanıb

Azərbaycan Basketbol Liqasının XVII turunda “Neftçi”nin “Xırdalan”a 109:114 hesabı ilə uduzduğu matçda xal rekordu təkararlanıb.

İdman.biz xəbər verir ki, qalib komandanın basketbolçusu Kirk Teyvion 45 xal toplayıb.

Bununla da o, 8-ci turda NTD-İNDİQO – “Cəlilabad” (108:93) oyununda qonaqların oyunçusu Tomas Kobinin nəticəsini təkrarlayıb. Kobi 45 xalla yadda qalsa da, digər göstəricilərdə fərqlənməyib. Teyvion isə ötən gün “tripl-dabl” edib. O, 45 xalla yanaşı, 11 ribaund və 10 asistə də imza atıb.

3-cü ən çox xal göstəricisi isə “Şəki”nin basketbolçusu Paul Dibala aiddir. O, 3-cü turda “Neftçi”yə 64:90 hesabı ilə uduzduqları matçda 39 xal toplayıb.

Emin Ağa
İdman.biz

Məqalədə: