Basketbolçularımız Fransada titul yürüşünə başlayır

16 İyun 2026 14:53
72
Basketbolçularımız Fransada titul yürüşünə başlayır

“Neftçi SOCAR” FIBA 3x3 Qadınlar Seriyasının Fransada təşkil olunacaq Orlean mərhələsində mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, 19-20 iyunda keçiriləcək yarışda Azərbaycan təmsilçisi A qrupunda yer alıb. Komandanın rəqibləri Uqanda millisi və Yaponiyanın “Mitsubishi Electric” kollektivi olacaq.

“Neftçi SOCAR” turnirə bir nömrəli səbət iştirakçısı kimi qatılacaq. Azərbaycan komandası yarışın əsas favoritlərindən biri hesab olunur.

Orlean mərhələsində ümumilikdə 16 kollektiv iştirak edəcək. Yarışda “Neftçi SOCAR”la yanaşı, Amsterdam, İspaniya, Pekin, Çili, İtaliya, “Paris Region IDF”, Uqanda, “Mitsubishi Electric”, İrlandiya, Keniya, Macarıstan, Praqa, Slovakiya, Puerto-Riko və Fransanın U-25 komandası mübarizə aparacaq.

İdman.Biz