“Sabah”ın yeni baş məşqçisi: “Çempionlar Liqasında iştirak etmək istəyirik”

Xəbərlər
2 Fevral 2024 18:37
222
“Sabah”ın yeni baş məşqçisi: “Çempionlar Liqasında iştirak etmək istəyirik”

“Azərbaycanda yalnız “Sabah”ın uğurları üçün deyil, bütün basketbol namimə işləyirəm”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın yeni baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında Azərbaycan basketbolunda 18 əvvəlki vəziyyətlə bu günü müqayisə edib: “Azərbaycan basketbolçularının səviyyəsinin yüksəlməsi aydın görünür. Klublarda yaxşı legionerlər çxış edirlər. Məni üzən yeganə məsələ o vaxtla müqayisədə indi azarkeşlərin az olmasıdır”.

Kurtinaytis “Sabah”ın qarşısında duran hədəflərdən danışıb: “Komadanın Avropa kubokundakı oyunlarını izləməmişdim. Təklif gələndən sonra videoları baxıb, statistik göstəriciləri nəzərdən keçirdim. Qarşımızda hansı məqsədlər durur? FİBA Çempionlar Liqasında iştirak etmək istəyirik. Orada səviyyə daha yüksəkdir və tanınmış klublar var. Niyə də yox?”.

Qeyd edək ki, “Sabah” Kurtinaytisin rəhbərliyi ilə Azərbaycan Basketbol Liqasında ilk görüşündə “Sərhədçi”ni 96:71 hesabı ilə məğlub edib.

İdman.biz