“Sabah”ın U-18 komandası Çempionlar Liqasındakı növbəti oyununda uduzub - YENİLƏNİB

10 Aprel 2026 22:33
1 086
“Sabah”ın U-18 komandası Çempionlar Liqasındakı növbəti oyununda uduzub

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxıb.

Serbiya təmsilçisi “Borats”la qarşılaşan “bayquşlar” 60:67 hesabı ilə uduzublar. Qarşılaşma Bosniya və Herseqovinada reallaşıb.

Xatırladaq ki, “Sabah”ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib -72:61. “Sabah” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

11:45

Bu gün “Sabah” basketbol klubunun U-18 komandasının Çempionlar Liqasında növbəti matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi beşinci-səkkizinci yerlər uğrunda oyuna çıxacaq.

Komandanın rəqibi Serbiya təmsilçisi “Borats” olacaq. Görüş Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, “Sabah”ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib - 72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

İdman.Biz