“Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasında pley-in mərhələsində “Gəncə” ilə keçirilən və 55:91 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib.
“Bilmirəm nə deyim. Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onların oyunlarını daha da yaxşılaşdırmaq üçün geniş ehtiyatları var idi. Belə geniş heyətə malik rəqiblə rəqabət apara bilmirik. Bu oyunda da biz qeyri-sabit oynadıq”, - deyə o, bildirib.
