Azərbaycanın “Sabah” basketbol klubunun yeni baş məşqçisi ilə bağlı Litva mətbuatında yeni məlumat yayılıb.
İdman.Biz “Lrytas” nəşrinə istinadən xəbər verir ki, mövsümün sonunda komandadan ayrılan litvalı mütəxəssis Rimas Kurtinaytisi serbiyalı məşqçi Lazar Spasiç əvəzləyəcək.
Kurtinaytis “Sabah”dan qarşılıqlı razılıq əsasında ayrılıb. Litva mənbələrinin məlumatına görə, təcrübəli mütəxəssis daha çox ölkəsinin kişi basketbol yığmasına diqqət ayırmaq istəyir.
Spasiçin son iş yeri Almaniyanın “EWE Baskets Oldenburg” basketbol klubu olub. 33 yaşlı məşqçi “Sabah”dan uzunmüddətli təklif alıb və karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
