“Neftçi”nin qadın basketbol komandası Dünya Seriyasında mübarizəyə başlayır

16 May 2026 10:35
167
“Neftçi”nin qadın basketbol komandası Dünya Seriyasında mübarizəyə başlayır

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv iki oyun keçirəcək.

“Ağ-qaralar” ilk görüşdə Tayland yığması ilə üz-üzə gələcək.

Komanda ikinci matçda isə Niderlandın “Amsterdam” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

İdman.Biz