“Memfis” klubunun hücumçusu Brendon Klark 29 yaşında vəfat edib

12 May 2026 23:36
138
“Memfis” klubunun hücumçusu Brendon Klark 29 yaşında vəfat edib

“Memfis” klubunun hücumçusu Brendon Klark 29 yaşında vəfat edib

“Memfis Qrizzlis” NBA basketbol klubunun hücumçusu Brendon Klark 29 yaşında vəfat edib.

İdman.Biz bu barədə TMZ-yə istinadən xəbər verir. Onun ölüm səbəbi açıqlanmayıb.

Klark 2019-cu il NBA draftında 21-ci ümumi seçimlə “Memfis” tərəfindən seçilib və karyerasının bütün yeddi mövsümünü klubda keçirib.

2026-cı ilin aprel ayında Klark, Arkanzas ştatının Kross Kaunti şəhərində qadağan olunmuş maddə saxlamaq, sürət həddini aşmaq və ötmə əməliyyatını düzgün etməməkk ittihamları ilə həbs edilib. O, ertəsi gün girov müqabilində azadlığa buraxılıb.

Kanadalı mərkəz oyunçusu karyerasına “San Xose Steyt”də başlayıb və daha sonra Gonzaga üçün oynayıb. Klark, Ca Morant ilə birlikdə, “Qrizzlis”in heyətində ən uzun müddətli oyunçu olub.

İdman.Biz