“Sabah” basketbol klubu yeni baş məşqçi ilə müqavilə bağladı - ÖZƏL

18 May 2026 11:26
179
“Sabah” basketbol klubu yeni baş məşqçi ilə müqavilə bağladı - ÖZƏL

Azərbaycanın basketbol klubu “Sabah” yeni baş məşqçi ilə müqavilə bağlayıb.

Serbiya mətbuatının məlumatına görə, Azərbaycanın dördqat çempionu 33 yaşlı serbiyalı mütəxəssis Lazar Spasiçlə artıq klub ilə müqavilə imzalayıb.

İdman.Biz-in əldə etdiyi məlumata görə, Avropanın ən perspektivli basketbol məşqçilərindən biri hesab olunan mütəxəssislə bağlanan müqavilə 3 il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, gənc mütəxəssisin son iş yeri Almaniyanın “Oldenburq” klubu olub. O, burada əvvəlcə baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib, daha sonra isə komandanın sükanı arxasına keçərək klubun Almaniya çempionatındakı vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Əlavə edək ki, ötən həftə “Sabah” tanınmış litvalı mütəxəssis Rimas Kurtinaytisin baş məşqçi postundan ayrıldığını açıqlayıb. O, fəaliyyətini Litva millisində davam etdirmək qərarı verib.

İdman.Biz