“Sabah” kimi iddialı klubun baş məşqçisi təyin olunmaq mənim üçün böyük şərəfdir”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Sabah” basketbol klubunun yeni baş məşqçisi, serbiyalı mütəxəssis Lazar Spasiç deyib.
O bildirib ki, əsas məqsədi Avropada tanınan sistem qurmaqdır:
“Gələcəkdə birlikdə yaxşı nəticələr qazanmaq üçün əlimdən gələni edəcəyəm. Mənim əsas məqsədim Avropada tanınan bir sistem qurmaqdır. Birlikdə böyük işlər görəcəyimizə inanıram”.
Qeyd edək ki, 33 yaşlı mütəxəssis “Sabah”la üç illik müqavilə imzalayıb.
