Tahir Baxşıyev: “Məşqlərdə üzərində davamlı işlənən səhvlər, oyun zamanı yenidən ortaya çıxr”

Xəbərlər
21 Dekabr 2025 23:55
31
Tahir Baxşıyev: “Məşqlərdə üzərində davamlı işlənən səhvlər, oyun zamanı yenidən ortaya çıxr”

Azərbaycan Basketbol Liqasında NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Neftçi İK” ilə oyundan sonra mətbuat üçün açıqlama verib. NTD qarşılaşmada 89:106 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Baxşıyev 2025-ci ili istədikləri kimi başa vura bilmədiklərini bildirib.

Onun sözlərinə görə, komanda bu oyunda qələbə qazanmaq niyyətində olsa da, bir sıra texniki-taktiki çatışmazlıqlar buna mane olub:

“Bu gün qalib gəlmək istəyirdik. Üçxallıq atışlarımız alınmadı. Yenidən ribaundlarda problemlər yaşadıq”.

Baş məşqçi qeyd edib ki, məşqlərdə bu məqam üzərində davamlı işləsələr də, oyun zamanı eyni problemlər yenə üzə çıxıb. Baxşıyev gələn ildən daha yaxşı nəticələr gözlədiyini vurğulayıb: “

Çox işləməliyik. Düşünürəm ki, gələn il daha uğurlu oynayacağıq və güclənəcəyik. Çempionatın ikinci yarısını daha uğurlu keçirməliyik”.

O, həmçinin komandanın yaxın planları barədə danışıb. Bildirib ki, oyunçulara qısa istirahət veriləcək və yanvarın ilk günlərində toplaşaraq qarşıdakı oyunlara hazırlığa başlanılacaq.

İdman.Biz