Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sərhədçi”yə qalib gəlib - YENİLƏNİB

Xəbərlər
11 Dekabr 2025 23:13
225
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sərhədçi”yə qalib gəlib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında doqquzuncu turun daha bir oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, B qrupunda “Sərhədçi” komandası ilə qarşılaşan “Naxçıvan” 90:74 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun ilk matçında “Quba” “Lənkəran”ı 95:87 hesabı ilə məğlub edib. Tura dekabrın 14-də yekun vurulacaq.

17:27

Azərbaycan Basketbol Liqasında doqquzuncu tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə “Lənkəran” “Quba” ilə qarşılaşıb.

B qrupunun matçında qubalılar 95:87 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, doqquzuncu tura dekabrın 14-də yekun vurulacaq.

10:27

Bu gün Azərbaycan Basketbol Liqasında doqquzuncu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə B qrupunda iki oyun keçiriləcək.

“Lənkəran” evdə “Quba”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 20:00-da isə “Naxçıvan” və “Sərhədçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Turnir cədvəlində “Naxçıvan” B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. “Lənkəran” 11 xalla üçüncü, eyni xala malik “Quba” dördüncü, “Sərhədçi” 10 xalla beşincidir.

Qeyd edək ki, doqquzuncu tura dekabrın 14-də yekun vurulacaq.

İdman.Biz