Halil Atlı: “İki əsas oyunçumuz yox idi”

14 Mart 2026 17:16
73
Halil Atlı: “İki əsas oyunçumuz yox idi”

“Gəncə” komandasının baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 19-cu turunda “Sabah” ilə oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçda iki əsas oyunçunun - Erik Koups zədəli, Kori Rivs isə cəzalı - olduğunu bildirib.

“Bu gün iki itkimiz vardı. Uzun oyunçu rotasiyamız azalmışdı.Təbii ki, bunlar bəhanə deyil. Amma bunun mental olaraq bizə təsir etdiyini düşünürəm. Matça da bu cür başladıq. 2-ci və 3-cü periodlarda ritmin dəyişməsi oyunun nəticəsində də özünü göstərdi. Fərqi 4 xala qədər azaltdıq. Daha sonra adi səhvlər, heyətin kasadlığından yaranan yorğunluq öz işini gördü. Atışlarda da qeyri dəqiqlik yekun hesabı təyin etdi. Bayram fasiləsi var. Bir oyunumuz qalıb, bu matçdan sonra pley-offlara daha yaxşı şəkildə hazırlaşacağıq”, - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, “Sabah” - “Gəncə” matçı birincilərin 87:73 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz