“Beşiktaş” ulduzları hesabı ödəmədən qaçıblar - FOTO

21 May 2026 18:01
85
“Beşiktaş” ulduzları hesabı ödəmədən qaçıblar - FOTO

Türkiyənin “Beşiktaş GAIN” basketbol komandasının amerikalı oyunçuları Cona Metyus və Devon Dotson qalmaqallı iddia ilə gündəmə gəliblər.

İdman.Biz xəbər verir ki, Türkiyə mediası iki basketbolçunun Bodrumda sevgililəri ilə istirahət zamanı 18 min Türkiyə lirəsi (671 AZN) dəyərində hesabı ödəmədən ayrıldığını yazıb.

Məlumata görə, Cona Metyus və Devon Dotson 15-16 may tarixlərində Bodrumda istirahət ediblər. Onların Heyli Kollimor və Elli Perri ilə birlikdə əvvəlcə lüks oteldə qalıblar, daha sonra isə yaxta kirayələyərək Bodrum sahillərini gəziblər.

Qrup lüks müştərilərə xidmət göstərən marketdən yaxtaya içki və müxtəlif qəlyanaltılar sifariş edib. Basketbolçuların ödənişi yaxtadan düşərkən edəcəklərini dedikləri, lakin sonradan pulu ödəmədikləri bildirilir.

Market nümayəndələrinin oyunçularla əlaqə yaratmağa çalışdığı, lakin geri dönüş ala bilmədiyi qeyd olunur.

İdman.Biz