U-14 millimiz Türkiyədə keçiriləcək EVOQ Challenge Cup turnirinə dəvət alıb - FOTO

14 Mart 2026 13:30
101
U-14 millimiz Türkiyədə keçiriləcək EVOQ Challenge Cup turnirinə dəvət alıb - FOTO

14–16 mart tarixlərində basketbol üzrə U-14 yaş qrupu üzrə Azərbaycan millisi Türkiyənin Yalova şəhərində təşkil olunacaq EVOQ Challenge Cup turnirində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, turnirdə millimizlə yanaşı bir sıra klublar da mübarizə aparacaq.

Yarışda Türkiyəni təmsil edən “Fenerbahçe”, “Falcons A”, “Falcons B”, “İstanbul Büyükşehir Belediyesi”, “Yalova GSK” və “Bursa SAS” komandaları iştirak edəcəklər.

İdman.Biz