Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” “Neftçi”yə qalib gəlib - YENİLƏNİB

14 Mart 2026 19:22
344
Azərbaycan Basketbol Liqası: “Abşeron Lions” “Neftçi”yə qalib gəlib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, günün ikinci matçında “Abşeron Lions” “Neftçi”ni məğlub edib.

Qarşılaşma 107:87 hesabı ilə yekunlaşıb.

Günün ilk görüşündə “Sabah” “Gəncə”dən üstün olub - 87:73.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), 2Quba” “Lənkəran”ı (95:88) məğlub edib.

16:22

Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir matçı keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk matçında “Gəncə” “Sabah”ı qəbul edib.

Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 87:73.

Günün ikinci görüşündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gələcək.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.

11:00

Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu turun daha iki matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, hər iki oyun A qrupunda keçiriləcək.

İlk olaraq “Gəncə” “Sabah” ilə üz-üzə gələcək. Görüş Gəncə İdman Sarayında saat 14:00-da start götürəcək.

Günün ikinci görüşündə “Abşeron Lions” “Neftçi”ni qəbul edəcək. Bakı İdman Sarayındakı oyun saat 17:00-da başlayacaq.

“Sabah” A qrupunda 35 xalla liderdir. “Abşeron Lions” 34 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi” 27 xalla üçüncü, NTD 20 xalla beşincidir.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.

İdman.Biz