NBA mövsümün ən yaxşı gənc oyunçusunu açıqladı

28 Aprel 2026 11:03
175
NBA mövsümün ən yaxşı gənc oyunçusunu açıqladı

Milli Basketbol Assosiasiyası(NBA) 2025/26 mövsümünün ən yaxşı gənc basketbolçusunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, mükafat Kuper Fleqə qismət olub.

“Dallas Maveriks”in 19 yaşlı hücumçusu mövsüm ərzində 70 oyunda iştirak edib. O, hər matçda orta hesabla 21 xal toplayıb, 6,7 ribaund və 4,5 məhsuldar ötürmə ilə yadda qalıb.

Səsvermədə ikinci yeri “Şarlotta Hornets”in müdafiəçisi Kon Knueppel tutub (18,5 xal, 5,3 ribaund, 3,4 ötürmə, 81 oyun). Üçüncü pillədə isə “Filadelfiya”nın oyunçusu Edqekombe qərarlaşıb (16 xal, 5,6 ribaund, 4,2 ötürmə, 75 oyun).

İdman.Biz