Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, seriyanın ikinci görüşündə "Neftçi" ilə "Abşeron Lions" qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan matç "Abşeron Lions"un 90:81 hesablı qələbəsi ilə yekunlaşıb (30:26, 18:22, 21:16, 21:17). Qalib komandanın heyətində De’Andre Jackson 27 xalla ən məhsuldar oyunçu olub.
Qeyd edək ki, ilk oyunda da "Abşeron Lions" qalib gəlmişdi - 95:89.
Beləliklə, komanda finala yüksələrək "Sabah"la üz-üzə gələcək.
