Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində yarımfinalın növbəti qarşılaşması baş tutub. Turnirin iddialı komandalarından olan “Abşeron Lions” və “Neftçi” kollektivləri ilk oyunda üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan gərgin keçən görüş “Abşeron Lions”un 95:89 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “şirlər” seriyada 1:0 hesabı ilə önə keçiblər.
İki komanda arasındakı növbəti cavab qarşılaşması aprelin 26-da keçiriləcək.
10:53
Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində daha bir oyun keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Abşeron Lions” “Neftçi” ilə qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan “Sabah” - “Gəncə” matçında “bayquşlar” 96:67 hesabı ilə qalib gəlib.
