Zaur Paşayev: “Bu oyun həm taktika, həm də psixologiya mübarizəsi olacaq”

23 Aprel 2026 18:48
165
Zaur Paşayev: “Bu oyun həm taktika, həm də psixologiya mübarizəsi olacaq”

“Azərbaycan Basketbol Liqasının yarımfinalında “Abşeron Lions”la üz-üzə gələcək “Neftçi”nin aparıcı basketbolçuları meydana çıxsalar, qələbə qazanmaq şansları yüksək olacaq”.

Bunu Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayev deyib.

O, hər iki kollektivin mövcud durumunu və qələbə şanslarını dəyərləndirib.

“Abşeron Lions”un bəzi basketbolçuları pley-in mərhələsində zədələndiyi üçün oynamayacaq. “Neftçi”də də zədəli oyunçuların sayı çoxdur. Aparıcı basketbolçuları meydana çıxsa, “Neftçi”nin qələbə qazanmaq şansı daha yüksək olacaq”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

Z.Paşayev həmçinin məşqçilərin taktiki gedişlərinə və oyunun psixoloji məqamlarına da toxunub:

“Neftçi”nin məşqçisi Daviti Çivçivadze təcrübəli rəqib həmkarına nisbətən gəncdir. Elə oyunlar var ki, nə qədər atırsan at, top səbətə düşmür. Bəzən isə əksinə olur. Güclü olanın qalib gəlməsini istəyirəm və hər iki komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, “Abşeron Lions”la “Neftçi” arasında yarımfinal mərhələsinin ilk oyunu bu gün, saat 19:00-da start götürəcək.

İdman.Biz