Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda yarımfinal mərhələsinə yüksəlib - YENİLƏNİB

14 Mart 2026 13:04
337
Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda yarımfinal mərhələsinə yüksəlib - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə qarşılaşıb.

Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb.

Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

10:09

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.

Ötən gün Kanadaya uduzan (10:16) komanda Tailandı (21:8) məğlub edib. Qrupda ilk iki pilləni tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

İdman.Biz
Məqalədə: