Rimas Kurtinaytis: “Qələbə qazandığımıza görə şadam”

14 Mart 2026 16:40
86
Rimas Kurtinaytis: “Qələbə qazandığımıza görə şadam”

“Sabah” komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 19-cu turunda “Gəncə” ilə oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis qələbə qazandıqlarına görə sevincli olduğunu bildirib və rəqibin yaxşı mübarizə apardığını qeyd edib.

“Qələbə qazandığımıza görə şadam. “Gəncə” çox yaxşı mübarizə apardı. Qalib gəlsək də, oyunumuzda çatışmazlıqlar var idi. Oyuna daha çox nəzarət etməliyik. Bəzən xal fərqini qoruya bilmirdik”, - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, “Sabah” - “Gəncə” matçı birincilərin 87:73 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz