Fərid Qayıbov qalibləri mükafatlandırıb - FOTO

Xəbərlər
11 Fevral 2024 19:18
Fərid Qayıbov qalibləri mükafatlandırıb - FOTO

Gənclər və İdman naziri Fərid Qayıbov “Azərbaycan International 2024” turnirinin finallarını izləyib.

İdman.biz xəbər verir ki, nazir yarışın qaliblərini mükafatlandırma mərasimində iştirak edib.

Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov qalibləri medal və hədiyyələrlə təltif edib.

Qeyd edək ki, “Azərbaycan International 2024” beynəlxalq turniri fevralın 8-dən 11-dək davam edib.

İdman.biz