Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, qadın badmintonçuların şəxsi kateqoriyasında “International Challenge” seriyalı turnirə qatılan Keişa Fatimə Zəhra reytinqi yüksək olduğundan mübarizəyə 1/8 finaldan başlayıb.
İlk görüşündə Uqanda təmsilçisini mübarizədən kənarlaşdıran Keişa Fatimə Zəhra 1/4 finalda BƏƏ badmintonçusuna qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinalda da BƏƏ təmsilçisi ilə qarşılaşan badmintonçumuz rəqibini hər iki setdə məğlub edərək finala yüksəlib.
Həlledici qarşılaşmada da BƏƏ təmsilçisi Prakriti Bharatha ilə üz-üzə gələn Keişa Fatimə Zəhra rəqibinə 2:0 (21:16, 21:19) hesabı ilə qalib gəlib və “Cameroon International 2026” turnirinin qalibi olub.
