Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib - FOTO

12 Oktyabr 2026 17:51
106
Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1 saylı idman təmayüllü liseyin badminton zalında təşkil olunan yarışda 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.

Kişilər arasında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Emil Təhməzov birinci yeri tutub. Qida Təhlükəsizliyi Agentliyini təmsil edən Cavid Əlizadə ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İlqar Alqayev isə üçüncü yeri tutublar.

Qadınlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Səbinə İmaməliyeva birinci yerə layiq görülüb. Elm və Təhsil Nazirliyinin təmsilçisi Suğra Babayeva ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Xəyalə Ağayeva isə üçüncü yerdə qərarlaşıb.

İdman.Biz