Azərbaycanın yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində üç yaş kateqroyiasında mükafatçılar sırasında yer alıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançılar yarışda beş qızıl, dörd gümüş və səkkiz bürünc medal qazanıblar.
Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistanı təmsil edən badmintonçuların iştirak etdiyi turnirdə Murad Qarayev – Aidə Qurbanova, Murad Qarayev – Doğan Ayan (Türkiyə), İsmayıl Qarayev – Zülfüqar Kərimli, Yusif Kamalov – Ömər Mehdi və Ömər Mehdi qızıl medal qazanıblar. Murad Qarayev və Yusif Kamalov oğlanların, Banu İbrahimli isə qızların fərdi yarışında gümüş medala layiq görülüb.
U-15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi – Ayla Zeynalova tandemi də gümüş medalçılar sırasında yer alıb. Aidə Qurbanova - Melis Demir (Türkiyə), İsmayıl Qarayev, Zülfüqar Kərimli, Dəniz Əhmədli, Lalə İsmayılova, Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova və Dəniz Əhmədli - Lalə İsmayılova yarışın bürünc medallarına sahib çıxıblar.
