Azərbaycan millisinin lideri Edi Reski Dviçayo Hindistanın Nyu-Dehli şəhərində keçirilən badminton üzrə dünya çempionatında çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, Dviçayo 1/16 final mərhələsində Yaponiya təmsilçisi Yuşi Tanaka ilə qarşılaşıb. Azərbaycan badmintonçusu iki setdə 18:21, 14:21 hesabı ilə məğlub olub.
Daha əvvəl millinin digər üzvləri Dikki Dvi Pangestu və Keyşa Fatima Zahra da 1/32 final mərhələsində dünya çempionatında mübarizəni dayandırmışdılar.
Beləliklə, Azərbaycan millisinin dünya çempionatındakı bütün təmsilçiləri yarışla vidalaşıb.
