Adil Şükürov: "Oyun üslubumuzu tətbiq etmək üçün vaxt lazımdır"

Müsahibə
25 Noyabr 2023 16:25
257
Adil Şükürov: "Oyun üslubumuzu tətbiq etmək üçün vaxt lazımdır"

"İlk növbədə mənə etimad göstərənlərə təşəkkür edirəm. Gəncə azarkeşlərinə bizi tək qoymadıqları üçün minnətdarıq. Davamlı olaraq fanatlar oyunboyu futbolçuları mübarizəyə, qələbəyə səslədilər”.

İdman.biz xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisi Adil Şükürov deyib.

O, Azərbaycan Premyer Liqasının XIV turunda “Səbail”lə qolsuz başa çatan oyunu dəyərləndirib. Gəncə klubunda debüt edən mütəxəssis bildirib ki, futbolçuları azarkeşləri sevindirmək üçün bütün güclərini ortaya qoyublar: “Komandaya yeni gəlmişik. Uşaqlara oyun üslubumuzu tətbiq etmək üçün vaxt lazımdır. Çalışdıq milli komandaların oyunları səbəbindən yaranan qısa müddətdə müəyyən bir şeylərə nail olaq. Qismən istədiklərimizə nail ola bildik. İnşallah, bundan sonrakı oyunlara baxacağıq. Sıx qrafik ilə qarşıdan daha çətin oyunlar gəlir. Futbolçularımız ilə bu barədə danışmışıq. Komanda növbəti oyunlarda daha yaxşı performans göstərərək uğurlu nəticələr qazana bilər".

İdman.biz