Rəşad Sadıqov: “Oyuna çox uğursuz başladıq”

20 Fevral 2026 21:03
101
Rəşad Sadıqov: “Oyuna çox uğursuz başladıq”

“Zirə” komandası “Turan Tovuz”la matçda rəqibinin sıx və kompakt müdafiəsini yara bilməyib.

İdman.Biz bildirir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 21-ci turunda məğlub olduqları matç barədə danışıb.

“Oyuna çox uğursuz başladıq və qapımızda iki top gördük. Həmin anlarda komandada müəyyən çaşqınlıq hiss olunurdu. Birinci hissəni istədiyimiz kimi keçirə bilmədik və zəif təsir bağışladıq. İkinci yarıda isə tam fərqli mənzərə var idi. Rəqibin sıx və kompakt müdafiəsini yarmaq mümkün olmadı. Fasilədən sonra futbolçular əllərindən gələni etdilər, mübarizə apardılar. Lakin qarşılaşmanın əvvəlində yol verdiyimiz səhvləri sonradan aradan qaldırmaq mümkün olmadı”, - Sadıqov deyib.

“Turan Tovuz” – “Zirə” oyunu Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə qurtarıb.

İdman.Biz