Azərbaycan çempionatlarında aprel ayının ən yaxşı qol müəllifləri - FOTO

8 May 2026 13:17
121
Azərbaycan çempionatlarında aprel ayının ən yaxşı qol müəllifləri - FOTO

“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç, Birinci Liqada MOİK-in oyunçusu Seyxan Fərəcov və İkinci Liqada “Sheki City”nin futbolçusu Rəsul İbrahimov birinci olub.

İdman.Biz