“Sabah” komandası mövsüm ərzində möhtəşəm və əla oyun nümayiş etdirib”.
İdman.Biz xəbər verir ki, bu barədə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib.
Mütəxəssis Azərbaycan Kubokunun finalında bu rəqibə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
“Oyuna yaxşı hazırlaşmağa çalışırıq. Rəqib Misli Premyer Liqasında çempionluğu təmin edib, əhval-ruhiyyələri yüksəkdir. Mövsüm ərzində möhtəşəm və əla oyun nümayiş etdiriblər. Finalda kimə qarşı oynayacağımızı başa düşürük. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq”.
R.Sadıqov üçüncü dəfə ölkə kubokunun finalında oynayacaqlarını xatırladıb:
“Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq. Hər ikisində də yaxşı mübarizə aparmışdıq. Yaddaqalan finallar olub. Amma turnirin qalibi ola bilməmişik. Bu dəfə “Sabah” komandası ilə üz-üzə gələcəyik. Hamımız bilirik ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi olublar, əzmkar qələbə qazanıblar”.
Qeyd edək ki, cari mövsüm Azərbaycan Kubokunun finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.
