Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu “Əl-Şabab”la oyundan sonra yeni qalmaqalın mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçunun Lionel Messi lehinə səslənən şüarlara ədəbsiz jestlə cavab verdiyi görüntüləri yayılıb.
Məlumata görə, qarşılaşma zamanı tribunadan “Messi” sədaları yüksəlib. Bundan sonra Ronaldu azarkeşlərə tərəf çevrilərək əli ilə qalmaqallı hərəkət edib.
Qeyd edək ki, “Əl-Nəsr” “Əl-Şabab”ı 4:2 hesabı ilə məğlub edib. Ronaldu bu oyunda Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub.
