Diniyev hesabı açıb, komandası böyük hesabla qalib gəlib

Xəbərlər
1 Dekabr 2023 23:31
481
Diniyev hesabı açıb, komandası böyük hesabla qalib gəlib

Azərbaycan yığmasının futbolçusu Türkiyə 1-ci Liqasında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Coşqun Diniyevin komandası səfərdə 3 xal əldə edib.

“Ümraniyəspor” 13-cü turda “Kocaelispor”a qalib gəlib. Coşqun qarşılaşmanın 28-ci dəqiqəsində hesabı açıb. Diniyevin komandası turu 3:0 hesablı qələbə ilə başa vurub. Bu qələbədən sonra ümraniyəlilər turnir cədvəlində 12-ci pilləyə yüksəliblər.

Qeyd edək ki, “Ümraniyəspor” növbəti tur öz meydanında “Keçiörengücü” ilə qarşılaşacaq.

İdman.biz