Dambrauskas Azərbaycanda səyahətə çıxdı - FOTO

22 Sentyabr 2026 20:00
28
Dambrauskas Azərbaycanda səyahətə çıxdı

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasında yaranan fasilədən istifadə edərək Azərbaycanın bölgələrini gəzməkdə davam edir.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis həyat yoldaşı ilə birlikdə ölkənin müxtəlif bölgələrinə səfər edib.

Dambrauskas sosial şəbəkə hesabında İsmayıllının Lahıc qəsəbəsi, Qusarın Laza kəndi və Qəbələdən çəkilmiş görüntüləri paylaşıb.

“Sabah”ın çalışdırıcısı paylaşımına “Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur…” sözlərini əlavə edib.

İdman.Biz