Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması təlim-məşq toplanışını davam etdirir.
İdman.Biz xəbər verir ki, milli komanda “Kəpəz” PFK-nın məşq mərkəzi və futbol akademiyasında hazırlıq keçir.
Toplanış çərçivəsində U-17 qızlar yığması “Kəpəz”in U-14 oğlanlardan ibarət komandası ilə yoxlama matçında üz-üzə gələcək.
Qarşılaşma sentyabrın 24-də saat 16:00-da keçiriləcək.
