Ayxan Abbasov Toral Bayramovun “Bursaspor”dakı durumundan danışdı - VİDEO

22 Sentyabr 2026 20:29
35
Ayxan Abbasov Toral Bayramovun “Bursaspor”dakı durumundan danışdı

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Toral Bayramovun Türkiyənin “Bursaspor” klubunda az oyun keçirməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Tacikistanla yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında müdafiəçinin klubdakı vəziyyətindən danışıb.

Abbasov Toralın “Bursaspor”a keçidindən əvvəl başqa təkliflərinin də olduğunu açıqlayıb:

“Əslində, başqa təklifləri var idi. Amma “Bursaspor”u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, oyuna iki dəfə baxmışam. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur”.

Millinin baş məşqçisi Toralın Azərbaycan yığması üçün önəmli futbolçu olduğunu vurğulayıb:

“Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur. Digər oyunçular haqda da bizdən soruşdular. Burada pis bir şey yoxdur. “Bursaspor”da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya prosesi gedir. Bu bizim işimizdir, etməliyik”.

İdman.Biz