Ayxan Abbasov: “Tacikistanla oyunda qələbə qazanmaq istəyirik”

22 Sentyabr 2026 19:38
39
Ayxan Abbasov: “Tacikistanla oyunda qələbə qazanmaq istəyirik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, 45 yaşlı mütəxəssis mətbuat konfransında qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib.

“Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir ki, belə qısa müddətdə 4 matç keçirəcəyik. Bu səbəbdən geniş heyət formalaşdırmışıq. Tacikistan millisi 2026-cı ildə keçirdiyi oyunlarda məğlub olmayıb. Rəqibə hörmətlə yanaşırıq. Sabah yaxşı futbol nümayiş etdirərək qələbə qazanmaq istəyirik. Futbolçularımız bunun üçün əllərindən gələn hər şeyi edəcəklər”, - deyə Abbasov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan – Tacikistan qarşılaşması sentyabrın 23-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

İdman.Biz