Ayxan Abbasov Nəriman Axundzadə ilə bağlı qərarına aydınlıq gətirdi - VİDEO

22 Sentyabr 2026 20:18
40
Ayxan Abbasov Nəriman Axundzadə ilə bağlı qərarına aydınlıq gətirdi

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “Ərzurumspor”da çıxış edən Nəriman Axundzadənin U-21 yığmasına cəlb olunmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 45 yaşlı mütəxəssis Tacikistanla yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında hücumçunun hazırkı durumundan danışıb.

Abbasov Nərimanın son vaxtlar klubunda kifayət qədər oyun şansı qazanmadığını diqqətə çatdırıb:

“Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi. ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. “Ərzurumspor”da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur”.

Baş məşqçi futbolçunun mütləq şəkildə müntəzəm oynamalı olduğunu vurğulayıb:

“Təəssüf ki, başqa çempionatlarda yanaşma fərqlidir. Öz mövqeyində yerli futbolçudan iki baş üstün olmalısan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr”.

Qeyd edək ki, Nəriman Axundzadə Türkiyənin “Ərzurumspor” klubunda çıxış edir.